Bakı ermənisi Ukraynanın daxili işlər naziri təyin edildi -<span style="color:red;"> FOTO
22 fevral 2014 18:00 (UTC +04:00)

Bakı ermənisi Ukraynanın daxili işlər naziri təyin edildi - FOTO

Ukrayna Ali Radası “Baş prokuror Viktor Pşonkaya etimadsızlıq göstərilməsi haqqında” qərar qəbul edib.

 

APA-nın Ukrayna mətbuatına istinadən xəbərinə görə, qərarın lehinə 247 deputat səs verib.

 

Bundan başqa, “Batkıvşina” fraksiyasından deputat Arsen Avakova Ukraynanın daxili işlər nazirinin səlahiyyətlərini icra etmək tapşırılıb. Qərarın lehinə 275 deputat səs verib.

 

Qeyd edək ki, milliyyətcə erməni olan A.Avakov 2 yanvar 1964-cü ildə Bakının Binəqədi (keçmiş Kirov) rayonunda hərbçi ailəsində anadan olub. 1966-cı ildən Ukraynada yaşayır. 2005-2010-cu illərdə Xarkov vilayət administrasiyasının rəhbəri vəzifəsində çalışıb. 2012-ci ildə Ukraynada keçirilən futbol üzrə Avropa çempionatının Təşkilat Komitəsinin üzvü olub.

 

Xatırladaq ki, dünən Ali Rada 332 səslə daxili işlər nazirinin səlahiyyətlərini icra edən Vitali Zaxarçenkonu vəzifəsindən kənarlaşdırıb.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7133
avatar

Oxşar yazılar