Bağdad beynəlxalq hava limanı yaxınlığında jurnalist öldürülüb. Lent.az-ın «gazeta.ru»-ya istinadən məlumatına görə, bu haqda «əl-Ərəbiyyə» xəbər yayıb.
Teleşirkət bildirib ki, jurnalist minaatanlardan açılan atəş nəticəsində həlak olub.
Terrorçuların hədəfinin beynəlxalq hava limanı olduğu ehtimal edilir.
Bununla belə atışma nəticəsində yalnız jurnalist həlak olub. O, öz fotoaparatı ilə enən və uçan təyyarələri çəkirmiş.