Rusiya polisi Moskvada 39 yaşlı işsiz, tüfeyli həyat keçirən Azərbaycan əsilli şəxsi saxlayıb.
Lent.az-ın “lentachel.ru” saytına istinadən verdiyi məlumata görə, soydaşımızın üzərindən “Kalaşnikov” avtomatı və 3 daraq tapılıb.
Faktla bağlı cinayət işi qaldırılıb. Azərbaycanlının hansı məqsədlə silahlandığı məlum deyil.