Azad Suriya Ordusunun (ASO) lideri dəyişib. Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, ASO-nun Ali Hərbi Şurası Salim İdrisin dəyişdirilməsi haqda qərar qəbul edib.
ASO rəhbərliyi onun işindən razı qalmadığını bildirib. Üsyançılar Azadlıq Ordusunun son aylar əldə etdikləri mövqelərin itirilməsində Salim İdrisin komandalığını təqsirli bilib.
Onun yerinə briqada generalı Abdullah Başir əl-Noeimi təyin edilib. Mənbə bildirib ki, yeni komandan təcrübəlidir.