Avstraliyada güclü fırtına, ölən və itkin düşənlər var
06 iyun 2016 07:31 (UTC +04:00)

Avstraliyada güclü fırtına, ölən və itkin düşənlər var

0

Avstraliyanın şərqində güclü fırtına nəticəsində 3 nəfər ölüb.


APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, iyunun 5-də Sidneydən 70 km cənubda yerləşən Boural qəsəbəsində iki nəfər ölüb.


Daha bir nəfər paytaxt Kanberra şəhərində təbii fəlakətin qurbanı olub.  Bununla yanaşı 3 nəfərin itkin düşdüyü bildirilir. Onlardan biri Sidney, digərləri isə Tasman adasının sakinləridir.


Ötən gün  Sidney və şəhərətrafı ərazilərdə 85 min ev elektrik enerjisiz qalıb. Hazırda fırtına nəticəsində dəyən ziyanın məbləği hesablanır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 475

Oxşar yazılar