Avstraliya 40 milyon dolları mənimsəyən ermənini axtarır
11 yanvar 2014 13:41 (UTC +04:00)

Avstraliya 40 milyon dolları mənimsəyən ermənini axtarır

Erməni əsilli şəxs Avstraliya hüquq-mühafizə orqanları tərəfindən axtarışa verilib. O , sahibkarların etibarından sui -istifadə edərək, 40 milyon dolları mənimsəməkdə təqsirli bilinir.


"The Daily Teleqraf "ın yaydığı xəbərə görə, Djon Varuşan kimi tanınan "Gold Corparation " şirkətinin prezdentinin əslində Varujan Yaqladjan olduğu aşkarlanıb. Paris və Londonda tədbirlər keçırən Yaqladyan sərməyaciləri ölkədə olan qızıl yataqlarına investisiyalar qoymağa və bundan kifayət qədər mənfəət götürəcəklərinə inandırıb. Təşkil etdiyi bütün xeyriyyə tədbirlərində Avstraliyanın maliyyə naziri Djo Xokkini dəvət edərək, onunla şəkillər cəkdirib və bunu jurnallarda çap etdirib. Ölkənin Qiymətli Kağızlar İdarəsi erməninin şirkəti barədə məlumatları yoxlamağa başlayanda isə Yaqladjan qəflətən Sidneyi tərk edir.
 

Britaniyanın bir neçə şirkətinin Varujanın holdinqinin Kiprdə yerləşən nümayəndəliyinə 1 milyon dollardan yuxarı sərmayə qoyduğu da bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 945
avatar

Oxşar yazılar