Avropa məhkəməsi «Saderat»ın sanksiyasını ləğv edib
07 fevral 2013 04:28 (UTC +04:00)

Avropa məhkəməsi «Saderat»ın sanksiyasını ləğv edib

Avropa məhkəməsi İranın «Saderat» bankına qarşı Avropa Birliyinin tətbiq etdiyi sanksiyanın ləğvi barədə qərar qəbul edib.

 

Lent.az-ın «Röyter»ə istinadən məlumatına görə, Avropa Birliyi 2010-cu ilin iyulunda İranın nüvə fəaliyyətini məhdudlaşdırmaq üçün bu maliyyə qurumu sanksiyalılar siyahısına düşmüşdü.

 

Məhkəmənin qənaətincə, Avropa Birliyi İranın nüvə proqramı ilə «Saderat»ın əlaqəsinin olmasına dair yetərincə dəlil-sübut təqdim etməyib.

 

Avropa məhkəməsinin qərarından birliyin rəhbərliyinə iki ay ərzində şikayət edilə bilər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 465
avatar

Oxşar yazılar