Avropa İttifaqının genişlənmə siyasəti üzrə komissarı Ştefan Füle Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana xəbərdarlıq edib.
Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Füle Türkiyə baş nazirini ölkəsinin Avropa İttifaqına üzvlük məsələsini riskə atdığını bəyan edib.
Aİ rəsmisinin sözlərinə görə, Ərdoğan bu qurumun məhkəmənin müstəqilliyinə təminat verilməsi ilə bağlı tələblərini pozur və bu məsələ Türkiyənin Aİ üzvlüyü üçün ən vacib şərtlərdəndir.
Ş.Füle bildirib ki, ötən həftə başladılan korrupsiya əməliyyatlarının ardından polis rəislərinin işdən çıxarılması və istintaq prosesi ilə bağlı qəbul edilən qanun araşdırmaların müstəqilliyinə kölgə salır. O deyib ki, bu vəziyyət Aİ-nin daha əvvəl də irəli sürdüyü düzgün polis və məhkəmə sistemləri tələblərini pozur.