Avropa Birliyinin rəhbəri Gürcüstana səfər edəcək
04 fevral 2014 22:47 (UTC +04:00)

Avropa Birliyinin rəhbəri Gürcüstana səfər edəcək

Avropa Birliyi Şurasının sədri Herman van Rompey Gürcüstanla assosiasiya haqqında saziş imzalanadək bu ölkəyə səfər edəcək. APA-nın “Georgia Online” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Herman van Rompey bu gün Brüsseldə Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə birgə keçirdiyi mətbuat konfransında deyib.    

 

AB rəhbərinin sözlərinə görə, 2014-cü ildə təşkilatın ən əsas məsələlərindən biri AB və Gürcüstan arasında assosiasiya haqqında sazişin imzalanması olacaq.

 

Herman van Rompey, bununla belə, hökumətin ölkədə siyasi plüralizmin inkişafına xüsusi diqqət yetirilməsinin vacibliyini, söz azadlığı və qanun aliliyinin təmin edilməsini qeyd edib.    

 

İrakli Qaribaşvili, öz növbəsində, bildirib ki, AB və Gürcüstan arasında assosiasiya haqqında sazişin imzalanma mərasimi bu ilin avqustunda baş tutacaq.  

 

Xatırladaq ki, Gürcüstan və Moldova AB ilə assosiasiya haqqında sazişi ötən ilin noyabrında Vilnüsdə AB və “Şərq Tərəfdaşlığı”nın sammitində paraflayıblar.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 488
avatar

Oxşar yazılar