AVRO-2016-da azarkeşlər arasında toqquşmalar davam edir
15 iyun 2016 23:01 (UTC +04:00)

AVRO-2016-da azarkeşlər arasında toqquşmalar davam edir

0

Fransanın Lill şəhərində azarkeşlər arasında ara-sıra kiçik toqquşmalar baş verir.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə şəhər polisindən bildiriblər.

 

“Biz vəziyyətə nəzarət edirik. Əlavə məlumat veriləcək. Hazırda şəhərdə ingilis və rus azarkeşlərin iştirakı ilə ara-sıra kiçik toqquşmalar davam edir”, məlumatda deyilir.

 

Bu gün Lilldə polis yolu bağlayan İngiltərə və Uels azarkeşlərinə qarşı gözyaşardıcı qazdan istifadə edib.

 

Xatırladaq ki, bu gün Lill şəhərində Avro-2016 çərçivəsində Rusiya və Slovakiya  yığma komandalarının görüşü olub. Sabah isə yaxınlıqdakı Lans şəhərində İngiltərə-Uels matçı baş tutacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 415

Oxşar yazılar