ATƏT: “Donbasda vəziyyət gərginləşib”
20 aprel 2016 22:00 (UTC +04:00)

ATƏT: “Donbasda vəziyyət gərginləşib”

Donbasda atəşkəs rejiminin pozulması halları kəskin artıb.

 

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bunu ATƏT-in xüsusi nümayəndəsi Martin Saydik bəyan edib.

 

“İşçi qrupunun əlaqələndiricisi atəşkəs rejiminin pozulması hallarının kəskin artdığına görə narahatlığını ifadə edib. Xüsusən aprelin 6-dan sonra. Sutka ərzində 5 000-dək atəşkəs rejiminin pozulması halları qeydə alınıb, bu çox qorxuludur. Atışma zamanı əvvəl təmas xəttindən geri çəkilən ağır silahlar, artilleriya və minaatanlardan istifadə olunub.”, deyə M.Saydik bildirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 237
avatar

Oxşar yazılar