Türkiyədə 9 il əvvəl törədilmiş cinayətin üstü açılıb. Lent.az-ın məlumatına görə, Kayseri şəhərində Mətin Karaman adlı şəxs həyat yoldaşını öldürməkdə şübhəli bilinir. İddia edilir ki, O, həyat yoldaşını başqa kişilərlə cinsi əlaqəyə girməyə məcbur edirmiş. Buna etiraz edən Hüriyyə Karamanı əvvəlcə bıçaqlayan M.Karaman daha sonra onu dərinliyi 8 metrə çatan quyuya atıb.
Məlum olub ki, M. Karaman həyat yoldaşını 3 dostu ilə birlikdə öldürüb. 9 ildən sonra qadının basdırıldığı yer polis tərəfindən tapılıb. Əməlin iştirakçılarından olan Hakan Deli adlı vətəndaş da tutulub.
Qadının əri M.Karaman isə azyaşlı qızı zorladığına görə Amasyadakı həbsxanaların birində cəza çəkir. Onun daha bir əməlinin üzə çıxması həbs müddətinin artmasına səbəb olacaq.