Argentina hakimiyyəti Britaniyanın Buenos-Ayresdəki səfirinə Antarktikadakı hissəyə II Yelizavetanın adının verilməsinə etiraz notası təqdim edib.
Lent.az-ın «
Argentina hakimiyyəti isə israr edib ki, Antarktidanın bu hissəsinə kralın adının verilməsi ölkə ərazisinin işğalıdır. Həmin notada Britaniyanın o, ərazilərə ad verməsi haqqının olmaması da vurğulanıb.
«Yelizaveta torpaqları»nın sahəsi təxminən 270 min kv. km-dir. Başqa sözlə Britaniyanın ərazisindən iki dəfə böyükdür
Böyük Britaniya imperiyası bu əraziyə hələ 1908-ci ildə iddia irəli sürüb. 1959-cu ildə Antarktida Müqaviləsi ilə bunu təsbit edib. Həmin müqaviləni 12 dövlət imzalayıb.
Bununla belə ötən bu illər ərzində Argentina və Çili həmin əraziyə qarşı iddialarını sürdürməkdə davam ediblər.
Britaniyanın orada 3 elmi-araşdırma stansiyası fəaliyyət göstərir, habelə Antarktida sahillərində krallığın hərbi donanmasının gəmiləri patrul xidməti çəkir.
Britaniyanın Xarici İşlər Nazirliyi isə bildirib ki, Antarktidanın bu hissəsi əvvəllər də kral ailəsinin adı ilə tanınıb.
Mənbənin məlumatına əsasən, həmin bölgənin şərqindəki ərazi indiki kral «şahzadə Yelizavetanın torpağı» adlanıb. 2006-cı ildə isə Antarktida yarımadasının dağlıq hissəsinə kraliçanın qızı Annanın şərəfinə ad verilib.
Xatırladaq ki, Argentina ilə Britaniya arasında Folklend adası ilə də bağlı mübahisə davam etməkdədir. Argentina bu adanı azad etmək üçün ingilislərlə müharibə belə edib.