Almaniyanın baş kəşfiyyatçısı istefaya göndərilib
27 aprel 2016 03:15 (UTC +04:00)

Almaniyanın baş kəşfiyyatçısı istefaya göndərilib

 Almaniya Federal Kəşfiyyat Xidmətinin rəhbəri Gerxard Şindler yaxın zamanda istefaya göndəriləcək. APA-nın xəbərinə görə, bu barədə “Bild” nəşri yazır.  

 

Məlumata görə, onu bu vəzifədə maliyyə naziri Volfqanq Şoyblenin “etibarlı nümayəndə”si 53 yaşlı Bruno Kaldır.  

 

“Bild”in məlumatına  görə, Şindlerin istefasını Federal Kanslerin Qurumu təklif edib.   

 

ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi və Almaniya kəşfiyyatı arasında əməkdaşlıq barədə məlumatlar yayıldıqdan sonra Şindler Almaniyada kəskin tənqidə məruz qalıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 209
avatar

Oxşar yazılar