Almaniyada daşqınlar: 4 ölü
31 may 2016 00:42 (UTC +04:00)

Almaniyada daşqınlar: 4 ölü

0

Almaniyanın Baden-Vürtemberq federal torpağında daşqınlar nəticəsində 4 nəfər ölüb.

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bölgədə bir neçə yaşayış məntəqəsi su altında qalib.

 

Braunsbax qəsəbəsində bir neçə ev qismən uçub. Bavariyada və Ansbax regionlarında yaşayış evlərini su basıb. Təbii fəlakət zonalarında  xilasedici işlər davam etdirilir. Ölənlərin sayının artma ehtimalı var.

 

Sonuncu dəfə ölkədə güclü daşqınlar 2013-cü ildə qeydə alınıb. O zaman ölkənin şimal və şərq bölgələrindən on minlərlə insan təxliyə edilmişdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 411

Oxşar yazılar