Almaniya Türkiyədən Ermənistanla sərhədi açmağı tələb etdi
08 fevral 2014 16:29 (UTC +04:00)

Almaniya Türkiyədən Ermənistanla sərhədi açmağı tələb etdi

Almaniya kansleri Angela Merkel Türkiyədən Ermənistanla sərhədi açmasını istəyib. Lent.az-ın məlumatına görə, bu barədə Türkiyənin “Hüriyyet” qəzeti xəbər yayıb.

 

Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanla görüşündə kansler ermənilərin çətin vəziyyətdə olduğuna diqqət çəkib: "Ermənistandakı ermənilərlə dünyanın müxtəlif yerlərinə səpələnmiş erməniləri eyni tutmaq olmaz. Ermənistandakı ermənilərin durumu acınacaqlıdır. Türkiyə Ermənistanla sərhədi açmalıdır. Türkiyənin tarixi ilə üzləşməsi lazımdır".

 

Ərdoğanın da cavabı özünü çox gözlətməyib. O almaniyalı həmkarına belə cavab verib:
"Bizə etmədiyimiz bir şeyi necə qəbul etdirə bilərsiniz?”

 

Türkiyəli baş nazir onu da bildirib ki, rəsmi Ankara bütün tarixçilərə arxivlərini açdı. “Bütün dünyaya səsləndik. Gəlin araşdırın dedik. Amma heç kim gəlmədi. Türkiyəyə haqsızlıq etməyin”-deyə, Ərdoğan əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1581
avatar

Oxşar yazılar