Rusiya hökuməti aliment borcu olanların daşınmaz əmlak alıb-satmasını məhdudlaşdıran qanun layihəsi hazırlayır.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, Dövlət Şurası rəyasət heyətinin iclasında bunun baş nazirin müavini Olqa Qolodets bu haqda açıqlama verib.
Onun sözlərinə əsasən, Rusiyada milyona yaxın aliment borclusu var və bu 90 milyard rubl borc deməkdir.