Aktobedəki silahlı insident terror aktı kimi qiymətləndirildi
06 iyun 2016 05:27 (UTC +04:00)

Aktobedəki silahlı insident terror aktı kimi qiymətləndirildi

0

Qazaxıstan parlamenti Senatının sədri Kasım-Jomart Tokayev iyunun 5-də Aktobe şəhərində baş verənləri terror aktı adlandırıb.

 

APA-nın məlumatına görə, o bu barədə özünün “Tvitter” səhifəsində yazıb.

 

“Müqəddəs Ramazan ayı ərəfəsində Aktobedə baş verən terror aktı cinayətkarların ifrat mənəviyyatsızlığı və qəddarlığını nümayiş etdirir. Hazırda onların cəzalandırması istiqamətində ən ciddi tədbirlər görülür”, K-J. Tokayev vurğulayıb.

 

İyunun 5-də Aktobe şəhərində silahlı insident baş verib. Naməlum silahlılar silah mağazası və hərbi hissəyə hücuma edib. Hadisə nəticəsində 6 nəfər ölüb, 10 nəfər yaralanıb. Bir gədər sonra Qazaxıstan təhlükəsizlik qüvvələri tərəfindən həyata keçirilən antiterror əməliyyatı zamanı 4 silahlı məhv edilib, 7 nəfər saxlanılıb.

 

Qeyd edək ki, Qazaxıstan Daxili İşlər Nazirliyinin mətbuat katibi Almas Sadubaev Aktobe şəhərindəki silahlıların qeyri-ənənəvi dini cərəyanın tərəfdarları olduğunun ehtimal edildiyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 394

Oxşar yazılar