Aİ terrorla mübarizəni Türkiyə ilə birgə aparacaq
18 dekabr 2016 03:44 (UTC +04:00)

Aİ terrorla mübarizəni Türkiyə ilə birgə aparacaq

0

Aİ Kayseridə törədilən terror aktı ilə əlaqədar Türkiyəyə başsağlığı bildirir və terrorla mübarizədə  bu ölkə ilə əməkdaşlığı davam etdirmək niyyətində olduğunu təsdiqləyir. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Aİ diplomatiyasının rəhbəri Federika Mogerini Türkiyə XİN rəhbəri Mövlud Çabuşoğlu ilə telefon danışığı zamanı bildirib.

 

“Aİ terrorun bütün təzahürlərini qətiyyətlə pisləyir. Aİ terrorla mübarizədə Türkiyə hökuməti ilə əməkdaşlığı davam etdirmək niyyətində olduğunu təsdiqləyir. Bütün təsisatların və siyasi qüvvələrin vahid mövqedən çıxış etməsi, qanun aliliyinə tam əməl olunması çox vacibdir”.  

 

Qeyd edək ki, Kayseridə törədilən partlayış nəticəsində 14 nəfər ölüb. Terrorçu-kamikadzenin idarə etdiyi avtomobil içərisində hərbçilərin olduğu avtobusa çırparaq, partlayıcı qurğunu işə salıb.  Hadisə şəhərdəki Ərciyəz Universiteti şəhərciyinin yaxınlığında qeydə alınıb.

 

Xəstəxanalara 50-dən çox yaralı yerləşdirilib, onlardan 12-si reanimasiyadadır. Yaralılardan dördünün vəziyyəti ağır olaraq qalmaqdadır. 

 

Terror aktının PKK terrorçuları tərəfindən törədildiyi bildirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 283

Oxşar yazılar