Kolumbiya sərhədçiləri Kartaxena şəhərinin limanında 1 tona yaxın kokain müsadirə ediblər.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, kokain Dominikan Respublikasına yollanan gəmidə aşkarlanıb.
Narkotik maddə keramika məmulatları ilə dolu konteynerlərə gizlədilib. Müsadirə olunmuş narkotik maddənin 12 milyon dollar dəyərində olduğu bildirilir. İnsidentlə əlaqədar saxlanılan olmayıb.
Qeyd edək ki, ilin əvvəlindən Kolumbiyanın hüquq-mühafizə orqanları 40 tonadək narkotik maddə müsadirə ediblər.