Ağ ev Ukraynada baş verən zorakılıqdan sarsılaraq, hakimiyyət və müxalifəti danışıqlara masası arxasına oturmağa çağırıb.
Lent.az-ın «gazeta.ru»-ya istinadən məlumatına görə, bu haqda «Röyter» xəbər yayıb. Prezident administrasiyası mətbuat xidmətinin katibi Cey Karni bildirib : «Biz hələ də küçələrdə istənilən tərəfi güc tətbiqini qınayırıq. Güc tətbiqi böhranın həlli yolu deyil».
Karni Ukrayna prezidenti Yanukoviçi təcili olaraq, müxalifətlə qarşıdurmanı dayandırmağa çağırıb.
«Biz həm də onu müxalifət liderləri ilə bu gün danışıqlar aparmağa çağırırıq»-deyə, o, vurğulayıb.