Dinc aksiyaçılara güc tətbiqində iştirak edənlərə qarşı tətbiq etdiyi viza sanksiyasının ABŞ ləğv edə bilər.
Lent.az-ın «gazeta.ru»-ya istinadən məlumatına görə, bu haqda «Röyter» xəbər yayıb.
Dövlət Departamentinin sözçüsü Mari Harf deyib ki, Ukraynada vəziyyət yaxşılaşacağı halda sanksiya ləğv edilə bilər: «Proses dönə də bilər. Vəziyyətin pisləşməsinin qarşısını almaq üçün bizim hər cür vasitəmiz var».
Xatırladaq ki, Ağ ev Ukraynanın 20 vəzifəli şəxsinə qarşı viza sanksiyası tətbiq etmişdi. Həmin yasağa əsasən, onlara ABŞ-a girişi qadağan edilib.