ABŞ Suriyaya ordu göndərməyə ehtiyac görmür
24 avqust 2013 02:19 (UTC +04:00)

ABŞ Suriyaya ordu göndərməyə ehtiyac görmür

ABŞ Suriyada kimyəvi silahdan kütləvi istifadə ehtimalı ilə əlaqədar hərbi variant daxil olmaqla, bütün addımları nəzərdən keçirir. 

 

Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına  görə, bunu jurnalistlərə Ağ evin nümayəndəsi Coş Ernest deyib.

 

«Biz çoxdan demişik ki, Suriya ilə bağlı bütün variantlara nisbi olaraq baxırıq. Eyni zamanda prezident birmənalı şəkildə anladıb ki, ölkənin milli maraqlarına  uyğun olaraq ABŞ qoşunlarının ora göndərilməsini labüd edəcək durumu görmür» - deyə, o, vurğulayıb.

 

Ernest qeyd edib ki, kütləvi qırğın silahı amili ABŞ-ın milli təhlükəsizliyi ilə bağlı hesablamalara təsir göstərəcək.

 

Ağ evin nümayəndəsi qoşunların göndərilməsindən başqa hərbi imkanları şərh etməkdən imtina edib. Bununla belə o, qeyd edib ki, ABŞ-ın Suriya müxalifətinə yardımı «artan trayektoriya ilə davam edir».  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 373
avatar

Oxşar yazılar