ABŞ dövlət katibi Con Kerri Vaşinqtonun Suriyadakı müharibə nəticəsində ziyan çəkmiş insanlara humanitar üçün əlavə 439 mln. dollar ayıracağını bildirib.
APA-nın xəbərinə görə, Dövlət Departamentinin saytında dərc edilmiş məlumatda bildirilir ki, Suriyadakı münaqişə ilə bağlı maliyyə humanitar yardımın ümumi həcmi 5,6 mlrd. dollar təşkil edir.
Suriyada 18 milyon nəfərin yardıma ehtiyacı olduğu qeyd olunur.