Nizami rayonu, Musa Əliyev küçəsinin bir hissəsində (Q.Qarayev pr-dən 8-ci km bazarınadək) 22 iyul tarixindən etibarən təmir işlərinə başlanılacaq
Lent.az-a bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyidən məlumat verilib.
Bildirilir ki, təmir işləri müddətində işlərin gedişinə uyğun olaraq nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə qismən və ya tam məhdudlaşdırılacaq.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, hərəkətlərini əvvəlcədən planlaşdırmaları və alternativ yollardan istifadə etmələri xahiş olunub.