Fövqəladə şərait üçün ABŞ-ın iki hərbi gəmisi Qara dənizi rayonunda döyüşə hazır vəziyyətdə olacaq.
Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, Pentaqonun təmsilçisi kontr –admiral Con Kirbi bu haqda açıqlama verib.
Onun sözlərinə əsasən, ABŞ Qara dənizdə hərbi gəmilər yerləşdirmək niyyətindədir və qış olimpiya oyunları keçirilən Soçidən ehtiyac olarsa Amerika vətəndaşlarını Almaniya təyyarələri çıxaracaq.
Xatırladaq ki, bir müddət öncə ABŞ-ın müdafiə naziri Çak Heygel Soçi olimpiadasının təhlükəsizliyini təmin etmək üçün Rusiyaya köməklik göstərməyə hazır olduqlarını bildirmişdi.