ABŞ İstanbuldakı terror aktını pislədi
08 iyun 2016 05:07 (UTC +04:00)

ABŞ İstanbuldakı terror aktını pislədi

0

 Ağ Evin nümayəndəsi Mark Stro İstanbulda törədilən və 11 nəfərin ölümü və 36 nəfərin yaralanması ilə nəticələnən terror aktını pisləyib. Bu barədə APA “RİA Novosti” xəbər verir.   

 

“Bu dəhşətli terror aktı Türkiyəyə qarşı törədilən çoxsaylı terror hücumlarından yalnız biridir. ABŞ regiondakı bir çox çağırışlarla mübarizədə NATO üzrə müttəfiqi və dəyərli tərəfdaşı olan Türkiyəni dəstəkləyir”, - deyə Stro.    

 

Terror aktına görə hələlik heç kim məsuliyyəti öz üzərinə götürməyib. Hadisədə şübhəli bilinən 4 nəfər saxlanılıb.    

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 415

Oxşar yazılar