ABŞ İŞİD “əmirinə” qarşı əməliyyat keçirdi
21 aprel 2016 04:12 (UTC +04:00)

ABŞ İŞİD “əmirinə” qarşı əməliyyat keçirdi

Aprelin 17-də ABŞ hərbçiləri İŞİD terror qruplaşmasının liderlərindən birinin ləğvinə yönələn əməliyyat həyata keçirib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu Pentaqonun nümayəndəsi Stiv Uorren bəyan edib.

 

“Hava zərbəsinin məqsədi İŞİD-in hərbi şurasının üzvü, “əmir” Süleyman əl-Cəburinin məhvi olub. Onun ləğvi İŞİD-in lider şəbəkəsini zəiflədərək fəaliyyətlərinə mənfi təsir göstərəcək”, deyə S.Uorren bildirib.   

 

Onun sözlərinə görə, hazırda əməliyyatın nəticələri qiymətləndirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 216
avatar

Oxşar yazılar