ABŞ “F-35” qırıcılarının Türkiyəyə tədarükünü bloklaya bilər
27 aprel 2018 06:51 (UTC +04:00)

ABŞ “F-35” qırıcılarının Türkiyəyə tədarükünü bloklaya bilər

0

ABŞ senatorları “F-35” qırıcı təyyarələrinin Türkiyəyə tədarükünü bloklamağa çalışırlar. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, qanun layihəsi senatorlar Ceyms Lenkford, Janin Şahin və Tom Tillis tərəfindən irəli sürülüb. Məlumata görə, senatorlar niyyətlərini amerikalı keşiş Endrü Bransonun Türkiyədə həbsdə olması ilə əlaqələndiriblər.  Qeyd edək ki, E.Branson Türkiyədə 2016-cı ildə dövlət çevrilişi cəhdində əlaqəli olmaqda ittiham edilərək həbs olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 439

Oxşar yazılar