ABŞ-Venesuela münasibətləri normallaşır
22 iyun 2016 02:08 (UTC +04:00)

ABŞ-Venesuela münasibətləri normallaşır

0

Con Kerrinin müavini Nikokas Maduronun dəvəti ilə Venesuelaya səfər edib

 

ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Tom Şennon Venesuelaya səfərə yola düşüb.

 

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi bildirib.  Onun sözlərinə görə, diplomat iyunun 21-də yola düşüb.

 

Səfərin məqsədi Venesuelanın sosial, iqtisadi və siyasi problemlərinin müzakirə  olunmasıdır.  

 

“O, dövlət katibinin göstərişi və Venesuela hökumətinin dəvəti əsasında, iki gün Venesuelada səfərdə olacaq”, - deyə Kirbi qeyd edib.     

 

Kirbi qeyd edib ki, Şennon Venesuelada bir neçə yüksək vəzifəli şəxslərlə, müxalifət üzvləri və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcək.

 

Qeyd edək ki, Venesuela prezidenti Nikolas Maduro bundan əvvəl ölkəsinin ABŞ hökuməti ilə münasibətləri nizamlamağa hazır olduğunu bildirib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 654

Oxşar yazılar