ABŞ-la Rusiya yenidən danışıqlara başlayacaq
22 yanvar 2013 06:43 (UTC +04:00)

ABŞ-la Rusiya yenidən danışıqlara başlayacaq

NATO-nun Moskvadakı informasiya bürosunun başçısı Robert Pşel ABŞ-la Rusiya arasında raketdən müdafiə üzrə danışıqların davam edəcəyini söylyəib.

 

Lent.az-ın «RİA-Novosti»-yə istinadən məlumatına görə, o, deyib:«Mən bu məsələdə nikbinəm. Çünki bu danışıqlar həm Rusiya, həm də ABŞ üçün sərfəlidir. Obamanın and içməsi danışıqlara yeni təkan verərsə, buna mən çox şad olaram».

 

Pşel əlavə edib ki, raketdən müdafiə ilə bağlı mövzu tez həll ediləcək məsələlərdən deyil.

 

O, Brüsseldə NATO-nun mənzil –qərargahında Rusiya yeni təmsilçisi Aleksandr Qruşkonun işə başlamasına da müsbət yanaşdığını söyləyib: «Birlik yeni təmsilçi ilə fəal surətdə işləməyə başlamağa hazırdır».



 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 590
avatar

Oxşar yazılar