ABŞ-la İran biri-birini uyğun olaraq, «şər bucağı» və «böyük şeytan» adlandırdığı halda son zamanlar anlaşmağa başlayıb.
Lent.az-ın «Assoşieyted press»-ə istinadən məlumatına görə, buna səbəblərdən biri kimi Yaxın Şərqdəki «xaotik vəziyyət» göstərilir.
Agentlikdə çap olunan yazıya görə, ABŞ Milli təhlükəsizlik şəbəkəsi təşkilatının icraçı direktoru Con Bredşou deyib: «Hər iki tərəf biri-birinə yaxınlaşmaqdadır».
Onun fikrincə, Əfqanıstan hər iki tərəfi narahat edən əsas nöqtədir: «Çünki onların heç biri talibanı hakimiyyətdə görmək istəmir. Vaşinqton və Tehranı Əfqanıstandan ixrac olunan narkotik maddə axını da rahatsız edir».
Mütəxəssislərin sözlərinə görə, hə iki tərəf Yaxın Şərqdə yarışır, bu onların əməkdaşlığı demək deyil, onlar bölgədəki bir sıra problemlərin həllində əməkdaşlı edəcək.