ABŞ-ın Energetika Nazirliyinə kiber-hücum nəticəsində hakerlər idarənin bir neçə yüz əməkdaşı və podratçısının məlumatlarını ələ keçiriblər. APA-nın məlumatına görə, bu barədə Agence France-Presse xəbər verir.
Hücum yanvarın ortalarında törədilib. "The Washington Frea Beacon"-un məlumatına görə, hücum nazirliyin Vaşinqtondakı mərkəzi ofisinə edilib. Hakerlər 20 server və 14 işçi stansiyaya daxil ola biliblər.
Ölkənin nüvə təhlükəsizliyinə və nüvə reaktorlarının istehsalına görə cavabdeh olan nazirlikdə bildiriblər ki, federal hüquq-mühafizə orqanlarının apardıqları istintaq məxfi məlumatların ələ keçirilməsi iddiasını təkzib edib. Məlumatda hücumun mənbəyi barədə heç nə deyilmir.