ABŞ-ın BMT-dəki səfirinin avtomobili 7 yaşlı uşağı vurdu
19 aprel 2016 06:47 (UTC +04:00)

ABŞ-ın BMT-dəki səfirinin avtomobili 7 yaşlı uşağı vurdu

ABŞ-ın BMT-dəki səfiri Samanta Pauerin kortecindəki avtomobillərdən biri Kamerunun azyşalı sakininin ölümüylə nəticələnmiş yol-qəza hadisəsi törədib. "Report"un məlumatına görə, bu barədə "The Washington Post" məlumat yayıb.

Məlumatda bildirilir ki, hadisə bazar ertəsi, ölkənin şimalında baş verib.

Pauer qaçqınların yaşadığı düşərgəyə baş çəkib və yerli hakimiyyət nümayəndələrillə "Boko Xaram" terrorizminin fəsadlarını müzakirə edib.

Onun korterci Marua adlı kiçik şəhərdən keçərkən 7 yaşlı uşaq gözlənilmədən küçəyə çıxıb və karvandakı avtomobillərdən biri onu vurub. Azyaşlı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 252
avatar

Oxşar yazılar