ABŞ-dan Rusiyaya Krım tatarlarına dair çağırış
22 aprel 2016 05:59 (UTC +04:00)

ABŞ-dan Rusiyaya Krım tatarlarına dair çağırış

0

ABŞ Rusiyanı Krım Tatarları Məclisinin ekstremist fəaliyyətlə məşğul olduğunu  hesab edən qərarı ləğv etməyə çağırıb. APA-nın “TASS”-a istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Con Kirbi bildirib.  

 

“Biz  Rusiyanı Krım Tatarları Məclisinin ekstremist təşkilat elan edilməsinə dair Ədliyyə Nazirliyinin qərarını və Krımın hazırkı hakimiyyətini bu demokratik təsisatın fəaliyyətinin dayandırılmasına dair qərarını ləğv etməyə çağırırıq”, - deyə Kirbi  qeyd edib.    

 

Kirbinin sözlərinə görə, tarix boyu təzyiqlərə məruz qalan Məclis uzun müddət Krım tatarlarının nümayəndə orqanı olub.  “Bu qurum Krım tatarlarının mədəniyyətini qoruyub saxlamağa və diskriminasiyadan müdafiə olunmağa imkan verib.

 

“Rusiya Krım üzərində nəzarəti Ukraynaya qaytarmalıdır, işğalın davam edəcəyi təqdirdə Krıma dair sanksiyalar qüvvədə qalacaq”, - deyə Kirbi qeyd edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 352

Oxşar yazılar