Universitetdə atəş açan şəxs intihar etdi  - YENİLƏNİB
01 iyun 2016 23:55 (UTC +04:00)

Universitetdə atəş açan şəxs intihar etdi - YENİLƏNİB

0

Los-Ancelesdə, Kaliforniya universitetində atəş açan şəxs intihar edib. APA-nın CNN-ə istinadən verdiyi məlumata görə, bunu Los-Anceles polisinin başçısı Çarlz Bak bəyan edib.

 

“Universitet fəaliyyətini davam etdirir, heç bir narahatlıq yoxdur”, deyə Ç.Bak bildirib.

 

Bu gün yerli vaxtla saat 10:00 radələrində Kaliforniya universitetində baş verən silahlı insident nəticəsində 2 nəfər ölüb. Ölənlərin ikisi də kişidir. Onların adları hələ ki, açıqlanmır.

 

***

ABŞ-ın Los-Anceles şəhərində silahlı insident baş verib.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, hadisə Kaliforniya Universitetində qeydə alınıb.

 

İlkin məlumata əsasən, naməlum silahlı təhsil ocağının ərazisində yerləşən yataqxanın qarşısında 2 nəfəri güllələyib. Ölənlərin kimliyi hələ ki, açıqlanmır. Hazırda yerli polis cinayətkarın axtarışı ilə məşğuldur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 520

Oxşar yazılar