ABŞ-da tornado: 2 ölü
10 may 2016 06:34 (UTC +04:00)

ABŞ-da tornado: 2 ölü

0

ABŞ-ın Oklahoma ştatında baş verən dağıdıcı tornado nəticəsində 2 nəfər ölüb,

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, ştatın eyni adlı paytaxtı yaxınlığında 70 yaşlı kişinin meyiti tapılıb. Daha bir nəfər Conston dairəsində təbii fəlakətin qurbanı olub.

Fox News telekanalının məlumatına əsasən, 41 milyon ABŞ vətəndaşı güclü küləklərin-qasırğaların olduğu ərazilərdə yaşayır. Sinoptiklərin proqnozlarına görə, növbəti tornado Nebraska ştatının əhalisini sınağa çəkəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 387

Oxşar yazılar