ABŞ-da kimyəvi maddə sızmasından 17 nəfər zəhərləndi
18 iyun 2016 04:36 (UTC +04:00)

ABŞ-da kimyəvi maddə sızmasından 17 nəfər zəhərləndi

0

ABŞ-ın İtaska şəhərində (İllinoys ştatı) İsveçrənin “Nestle” şirkətinə məxsus “Willy Wonka” şokolad fabrikində kimyəvi maddənin sızması nəticəsində 17 nəfər zəhərlənib

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, insident zamanı fabrikdə 50 işçi olub.

 

Hadisə nəticəsində 11 nəfər xəstəxanaya yerləşdirilib. Daha 6 nəfərə ambulator yardım göstərilib.

 

İnsidentə səbəb rütubətliyi tənzimləyən sistemdə istifadə olunun kimyəvi məhlulun sızması olub. Hazırda müəssisə normal iş rejimində fəaliyyət göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 298

Oxşar yazılar