ABŞ-ın Corciya ştatının Kolumbiya dairəsində bir-birinin ardınca baş verən iki silahlı insident nəticəsində 5 nəfər ölüb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, ölənlərdən 4-ü hadisə yerində, daha 1-i xəstəxanaya aparılarkən keçinib. Onların şəxsiyyətləri hələ ki, müəyyənləşdirilməyib.
Polis cinayəti törətməkdə şübhəli bilinən şəxsi axtarır. İnsidentin digər detalları hələ ki, məlum deyil.