Yanvarın 9-da ABŞ Aydaho ştatının Meridian şəhəri yaxınlığında böyük yol nəqliyyat qəzası baş verib.
Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, sürətli yolda 50-ə yaxın avtomobil biri-birinə dəyib. Yerli polis bildirib ki, azı on nəfər ağır yaralanıb. Onlar xəstəxanaya yerləşdirilib.
Qəza nəticəsində federal əhəmiyyətli avtomobil trasının bir hissəsi bağlanıb. Polis qəza nəticəsində həlak olanların ola biləcəyini istisna etməyib.