APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, qeyri-sabit hava şəraiti ilə əlaqədar Nyu-York və Nyu-Cersi ştatlarının qubernatorları fövqəladə vəziyyət elan ediblər.
ABŞ-ın şimalı-şərqindəki bir sıra ərazilərində qarın qalınlığı 0,5 metrə çatıb.
Hava şəraiti ilə əlaqədar avtomobil yolları, məktəblər və digər idarələr bağlanıb, minlərlə aviareys ləğv olunub.