ABŞ-ın cənub-şərq bölgəsində güclü şaxta nəticəsində azı 15 nəfər ölüb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, ölüm halları Tennessi, Ohayo və Kentukki ştatlarında qeydə alınıb.
Bir sıra ştatlarda qeyri-sabit hava şəraiti yol hərəkətini iflic edib, çoxsaylı yol-nəqliyyatı hadisələri baş verib. Sinoptiklərin məlumatına görə, regionda güclü şaxta və qar çovğunu davam edəcək.