Abdullah Gül ilk dəfə “Böyük rüşvət” əməliyyatından danışdı - YENİLƏNİB
24 dekabr 2013 16:10 (UTC +04:00)

Abdullah Gül ilk dəfə “Böyük rüşvət” əməliyyatından danışdı - YENİLƏNİB

“Türkiyədə son 10 ildə həm hüquq, həm də siyasət sahəsində islahatlar həyata keçirilib. Bu islahatlar vasitəsilə şəffaflıq yarandı. Bunların yaşandığı ölkədə korrupsiya varsa, bunun üstü örtülə bilməz, bunu bilin. Hər kəs rahat olsun. Bəhs edilən korrupsiya faktı da artıq məhkəmənin ixtiyarındadır. Məhkəmə Türkiyədə müstəqil və şəffafdır. Məhkəmə sənədləri araşdıracaq və ittihamlarla bağlı qərar verib, işin gerçəyini ortaya çıxaracaq”. A.Gül yeni hökumətlə bağlı baş nazir Ərdoğanla görüşüb danışdığını bildirib.

 

***

15.55

Türkiyə prezidenti Abdullah Gül ötən həftədən bəri ilk dəfə şərti adı “Böyük rüşvət” olan və bir ucu Ərdoğan hökumətinin üzvlərinə bağlanan korrupsiya əməliyyatlarından danışıb.

 

Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, prezident bildirib ki, ortada korrupsiya faktı varsa, bunun üstü örtülə bilməz və bu mövzuda hər kəs arxayın olmalıdır.

 

A.Gül bu məsələ ilə bağlı baş nazir Rəcəb Tayyib Ərdoğanla da görüşüb danışdığını, ehtiyac duyulan açıqlamanı baş nazirin Pakistan səfərindən sonra verəcəyini qeyd edib.

 

Prezident eyni zamanda onu da bildirib ki, ölkədə məhkəmə sistemi azaddır və bunun nəticəsini hər kəs görəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2757
avatar

Oxşar yazılar