AB liderləri büdcəni qəbul etdi
09 fevral 2013 03:52 (UTC +04:00)

AB liderləri büdcəni qəbul etdi

Avropanın şura sədri Herman van Pompey yaxın 7 il üçün Avropa Birliyi büdcəsinin qəbul edildiyini bildirib.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, birliyə üzv 27 dövlətin rəhbəri büdcənin 960 milyard dollar həddində müəyyənləşdirib.

Mənbənin məlumatına əsasən, birliyin tarixində büdcə ilk dəfədir ixtisar edilir.

 

Xatırladaq ki, Britaniyanın baş naziri Devid Kemeron müzakirələr zamanı bildirmişdi ki, bu məsələdə razılaşma yalnız, büdcə xərclərinin ixtisarı ilə bağlı razılaşma əldə edildikdən sonra mümkündür.


Avropa Komissiyası ilkin olaraq, bir trilyon 200 milyard dollarlıq büdcə təklif etmişdi.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 382
avatar

Oxşar yazılar