[b]Yaponiyada 6 gündə 670 zəlzələ olub[/b]
20 aprel 2016 06:58 (UTC +04:00)

[b]Yaponiyada 6 gündə 670 zəlzələ olub[/b]

Aprelin 14-də 6.5 bal gücündə zəlzələnin baş verdiyi Yaponiyanın Küsü adasında son 6 gündə 670-dən çox zəlzələ qeydə alınıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, yeraltı təkanlarəsasən Kumamoto və Oita prefekturalarında baş verib.

 

Onlardan ən güclüsü aprelin 16-na keçən gecə qeydə alınıb – 7.3 bal. Küsü adasında hələ də afteşoklar müşahidə olunmaqdadır.  Qeydə alınan təkanlardan 89-nun gücü azı 4 bal olub.  

 

Meteoroloqlar afteşok təkanların hələ bir həftə davam edəcəyini proqnozlaşdırırlar.  

 

Qeyd edək ki, silsilə təkanlar nəticəsində ölənlərin sayı 47 nəfər təşkil edib. Zəlzələ zonasından 120 min sakin təxliyə olunub. 100 min ailə qazsız, 95 min ailə isə susuz qalıb.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 180
avatar

Oxşar yazılar