[b]Ukrayna MDB-dən rəsmən çıxır[/b]
03 may 2018 00:34 (UTC +04:00)

[b]Ukrayna MDB-dən rəsmən çıxır[/b]

Ukrayna prezidenti Petro Poroşenko Xarici İşlər Nazirliyinə Ukraynanın nümayəndələrini MDB koordinasiya qurumlarından geri çağırmaq üçün təkliflər hazırlamağı tapşırıb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, daha əvvəl P.Poroşenko Ukrayna hökumətinin MDB-nin təsis qurumlarından rəsmi çıxarılması proseduruna başlanmasını və Minskdə Ukraynanın nümayəndəliyinin bağlanmasına dair göstəriş verib.

 

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası, öz növbəsində, Kiyevin təşkilatın fəaliyyətində iştirakının dayandırılmasına dair prezidentin təşəbbüsünü dəstəkləyib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 287
avatar

Oxşar yazılar