<b>Türkiyədə partlayışda 12 nəfər yaralandı</b>
24 iyun 2016 02:52 (UTC +04:00)

Türkiyədə partlayışda 12 nəfər yaralandı

0

Türkiyənin Mardin əyalətində polis məntəqəsi yaxınlığında avtomobilin partladılması nəticəsində yaralananların sayı 12 nəfərə çatıb.  

 

APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, xəsarət alanların hamısı xəstəxanalara çatdırılıb.  

 

Bundan əvvəl bildirilmişdi ki, insident nəticəsində iki polis əməkdaşı yaralanıb, avtobus sürücü ölüb.

 

Partlayışın PKK tərəfindən törədildiyi  bildirilir. 

 

Bundan əvvəl Türkiyə aviasiyası PKK-nın ölkənin cənub-şərqindəki mövqelərinə zərbələr endirib, nəticədə 10-dək terrorçu məhv edilib.    

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 410

Oxşar yazılar