Rusiya KXDR-ə beynəlxalq sanksiyalardan yayınmağa kömək edir.
APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Donald Tramp bəyan edib.
“Rusiya Şimali Koreya ilə bağlı bizə heç bir köməklik etmir. Bizə Çin kömək edir, Rusiya isə onların səylərini puç edir”, deyə D.Tramp qeyd edib.
Bundan əvvəl Reuters agentlyi xəbər verib ki, Rusiyaya məxsus neft tankerləri beynəlxalq sanksiyaları pozaraq azı üç dəfə Şimali Koreyaya yanacaq tədarük ediblər.