"Qalatasaray"a keçmək istəmir:  45 milyonu rədd etdi
15 avqust 2026 16:25 (UTC +04:00)

"Qalatasaray"a keçmək istəmir: 45 milyonu rədd etdi

0

“Arsenal”ın hücumçusu Qabriel Martinelli “Qalatasaray”a keçməkdə maraqlı deyil. 

Lent.az xəbər verir ki, London klubu Türkiyə təmsilçisindən 45 milyon avro məbləğində təklif alıb. Lakin Martinelli karyerasını “Qalatasaray”da davam etdirmək variantını cəlbedici hesab etmir.

Martinellinin “Arsenal”la müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir və anlaşmada daha bir mövsüm uzatma seçimi də var.

Futbolçu 2019-cu ildən “topçular”ın formasını geyinir. Bu müddətdə bütün turnirlərdə 278 oyuna çıxıb, 62 qol vurub və 36 məhsuldar ötürmə edib.

“Transfermarkt” portalının məlumatına görə, futbolçunun hazırkı bazar dəyəri 45 milyon avrodur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 104

Oxşar yazılar