Məşhur aktrisadan üzücü xəbər:  Xərçəng bədəninə yayılıb
15 avqust 2026 09:42 (UTC +04:00)

Məşhur aktrisadan üzücü xəbər: Xərçəng bədəninə yayılıb

0

“The Office” serialındakı Daun Tinsley obrazı ilə tanınan britaniyalı aktrisa Lüsi Devis səhhəti ilə bağlı ağır xəbəri açıqlayıb.

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, 53 yaşlı aktrisa sosial şəbəkədə paylaşım edərək təxminən il yarım əvvəl ona dördüncü mərhələ süd vəzi xərçəngi diaqnozu qoyulduğunu bildirib.

Devis xəstəliyin artıq metastaz verdiyini, sümüklərinə, onurğasına, sağ bud nahiyəsinə və qabırğalarına yayıldığını açıqlayıb.

Aktrisa ağır xəstəliklə mübarizə aparmasına baxmayaraq, nikbinliyini qorumağa çalışdığını bildirib. O, ailəsi və yaxınlarından ona xəstə insan kimi davranmamalarını xahiş etdiyini də deyib.

“Hazırda ən çox ehtiyacım olan şey yumordur”, – deyə Lüsi Devis bildirib.

Aktrisanın xəstəliyini uzun müddət ictimaiyyətdən gizli saxladığı, yalnız indi bu barədə danışmaq qərarına gəldiyi məlum olub.

Ünlü oyuncu son evre kanser olduğunu sosyal medyadan duyurdu: Tedavi için artık çok geç... Hayat ne getirirse kabulümdür

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 128

Oxşar yazılar